Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Bizim.Media xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov deyib:
Əziz dostum, Azərbaycan Respublikasının Prezidenti. Sizi bu gün ölkəmizdə görməyimə çox şadam. Bizi Xəzər dənizi birləşdirir. Əminəm ki, ikitərəfli görüşümüz məhsuldar olacaq. İkitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır.
Siz də qeyd etdiyiniz kimi, biz – eyni regionda yerləşən üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq, o cümlədən mədəniyyət sahəsində.
Öz adımdan, Prezidentin və bütün Türkmənistan xalqının adından bir daha qeyd etmək istəyirəm ki, Sizin səfəriniz bizim üçün bayramdır, sevindirici xəbərdir. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Xoş gəlmisiniz.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib:
Çox sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç.
Əziz qardaşım, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, biz Sizinlə burada, gözəl Avaza şəhərində görüşürük. Bu şəhər Sizin əsərinizdir. Siz qardaş Türkmənistanda çox əsərlər yaratmısınız, onlardan biri də Avazadır.
Keçən ay Sizinlə Bakıda, Füzulidə, Şuşada görüşlərimi çox böyük məmnuniyyətlə xatırlayıram. Bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar.
Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.
Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq.
Əziz qardaşım, Sizə bir daha təşəkkürümü bildirirəm".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:29 / 22.08.2025
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü keçirildi – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü keçirildi – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü keçirildi – FOTO/VİDEO
266432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.