Hökumənin atasından Prezidentə: “Hər şey yaxşı olacaq” - VİDEO

Hökumənin atasından Prezidentə: “Hər şey yaxşı olacaq” - VİDEO

Hazırda oxunan: Hökumənin atasından Prezidentə: “Hər şey yaxşı olacaq” - VİDEO

266375

Xəbər verdiyimiz kimi avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Bizim.Media xəbər verir ki, Kəlbəcərə köç edənlər arasında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi də var.
 

Onlar yaşayış kompleksində evlə təmin olunublar. Milli Qəhrəmanın atası Cəlil Alıyev dövlətimizin başçısına yaradılmış şəraitə görə təşəkkür edib:


“Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq.
 

Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Həmişə Sizin yanınızda durmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik.


“Böyük Qayıdış”ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın, hər şey yaxşı olacaq. Bir daha təşəkkür edirəm Sizə”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO