Zaur Şükürov Sumqayıtda seçicilərlə görüşdü - FOTOLAR

Zaur Şükürov Sumqayıtda seçicilərlə görüşdü - FOTOLAR

Hazırda oxunan: Zaur Şükürov Sumqayıtda seçicilərlə görüşdü - FOTOLAR

264038

Milli Məclisə keçirilən seçkilərdə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi üzrə deputatlığa namizəd olan Zaur Şükürov seçicilərlə görüş keçirib. 


Sfera.az xəbər verir ki, Z.Şükürovun Sumqayıt şəhərinin 17-ci mikrorayonunda Niyazi küçəsi, 67-ci binanın, Məhəmməd Əsədov küçəsi, 22-ci binanın və M. F. Axundov küçəsi, 38-ci binanın sakinləri ilə səyyar görüşləri olub.


Deputatlığa namizəd görüşdə seçiciləri düşündürən sualları cavablandırıb, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıb. Seçicilər onları təmsil edəcək millət vəkili ilə mütəmadi görüşlər keçirilməsini arzuladıqlarını qeyd edərək, bu kimi təmasların səmərəli olacağına inandıqlarını bildirdilər.


Öz növbəsində Z.Şükürov vəd verib ki, seçicilərin etimad göstərəcəyi təqdirdə bu inamı doğrultmaq üçün səlahiyyətlər və qanunvericilik çərçivəsində, aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə müvafiq addımlar atacaq.


Altay

 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO