Deputatlığa namizəd Qaya Məmmədov Çiçək Əliyevanı ziyarət etdi -FOTO

Deputatlığa namizəd Qaya Məmmədov Çiçək Əliyevanı ziyarət etdi -FOTO

Hazırda oxunan: Deputatlığa namizəd Qaya Məmmədov Çiçək Əliyevanı ziyarət etdi -FOTO

263462

Namizəd olduğum seçki dairəsinin ən yaşlı seçicisi, 1927-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olmuş Çiçək Əliyevanı evində ziyarət etdim. II Dünya Müharibəsinin ağrı-acısının, doğma kəndindən qaçqın düşməyin çətinliyinin öhdəsindən gəlmiş, əmək veteranı Çiçək nənə beş övlad böyütmüşdür.

 

Çiçək nənə əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də səs verəcəyini bildirdi.

 

Doğma Gözəldərənin həsrəti ilə yaşadığını qeyd edən Çiçək nənə, öz yurduna qayıdacaqlarına tam inandığını bildirdi. Çiçək nənənin mətanəti bizim üçün ilham mənbəyidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO