İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi

İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi

Hazırda oxunan: İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi

261422

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
 

Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.


Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO