Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb.
Bizim.Media-nın məlumatına görə, Şuranın yaradılması haqqında sazişi Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.
Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.
Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən "Baku Business Group" MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə "Bratslav" şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:41 / 24.06.2021
Azərbaycan və Ukrayna arasında İşgüzar Şura yaradıldı - FOTO
Hazırda oxunan: Azərbaycan və Ukrayna arasında İşgüzar Şura yaradıldı - FOTO
Hazırda oxunan: Azərbaycan və Ukrayna arasında İşgüzar Şura yaradıldı - FOTO
26133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.