KKTC-nin 37-ci quruluş ildönümü qeyd olunacaq

KKTC-nin 37-ci quruluş ildönümü qeyd olunacaq

Hazırda oxunan: KKTC-nin 37-ci quruluş ildönümü qeyd olunacaq

2604

Kuzey Kıbrıs Türk Cümhuriyyətini quruluşunun 37-ci ildönümünü hər il olduğu kimi müxtəlif tədbirlərlə qeyd edəcək. 

Bizim Media-ya KKTC-nin Bakıdakı təmsilçiliyindən verilən məlumata görə, 15 Noyabr Cümhuriyyət Günü bayram tədbirlərinin açılışı noyabrın 14-də saat 12: 00-da Prezident Ersin Tatarın  Bayrak Radio və Televiziyasındakı təbrik çıxışı və 21 parçalı top atəşi ilə başlayacaq.

Həmin gün Kuzey Kıbrıs Azadlıq mübarizəsinin lideri Dr. Fazıl Küçüyün məqbərəsi önündə anım mərasimi olacaq, tədbir Prezident Ersin Tatarın Xüsusi Abidə Kitabının imzalanması ilə başa çatacaq.

Elə həmin gün Qurucu Cümhurbaşkanı Rauf Denktaşın məqbərəsi önündəki anım mərasimi inşaat işləri səbəbilə TMT Abidəsinin qarşısında baş tutacaq. Prezident  burada da Xüsusi Xatirə Kitabının imzalayacaq.

Qeyd edək ki, bu il bayram mərasimləri və tədbirlər KKTC Nazirlər Kabinetinin qərarı ilə COVID-19 tədbirləri çərçivəsində sosial məsafə və maska taxma qaydalarına riayət etməklə keçiriləcək.

Bundan başqa noyabrın 15-də paytaxt Lefkoşada bayram tədbirləri Atatürk Abidəsinin önündə və Dr. Fazıl Küçük Bulvarında rəsmi keçidlə başlayacaq.

Lefkoşa Şəhidlər Abidəsi ziyarət olunacaq. KKTC-nin Quruluş ildönümü ilə bağlı bir sıra tədbirlərin də keçirilməsi nəzərdə tutulur.

Bayramın mübarək, Kuzey Kıbrıs, müstəqilliyin əbədi olsun.

Ağanisə Sultan Bizim Media


 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO