Bakı bulvarında QADAĞA: Bu gündən... - AÇIQLAMA

Bakı bulvarında QADAĞA: Bu gündən... - AÇIQLAMA

Hazırda oxunan: Bakı bulvarında QADAĞA: Bu gündən... - AÇIQLAMA

259479

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.  

 

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib. 

 

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: “Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar”.

 

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub. 

 

Əldə edilən digər məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO