“Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir”.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edrəkən belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident BMT-nin ali nümayəndəsini qəbul etdi
Prezident bildirib ki, müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik, kədər, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirib:
“Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var”.
Bizim.Media