Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü BAŞA ÇATDI

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü BAŞA ÇATDI

Hazırda oxunan: Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü BAŞA ÇATDI

258195

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatıb.

Bizim.Media xəbər verir ki, sammit bağlı elan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə Zirvə görüşü keçirildi – FOTO/VİDEO


Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

-Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli Zirvə görüşünün iştirakçıları.

Əziz dostlar.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatır.

Bu Zirvə görüşündə iştirakınıza, fikir və təkliflərinizə görə hər birinizə təşəkkürümü bildirirəm.

Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi.

Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq.

Həm Zirvə görüşünün, həm də Biznes-Forumun, Gənclər Forumunun və Qadınlar Forumunun keçirilməsinə verdikləri dəstəyə görə ECO-nun Baş katibi cənab Əsəd Xana və katibliyə təşəkkür edirəm.

Son olaraq, ECO Həftəsinə töhfə vermiş forumların iştirakçılarına və məruzəçilərə təşəkkürümü bildirirəm.

Beləliklə, Zirvə görüşü bağlı elan olunur. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO