Laçın dəhlizinin üstündə uçan DRONLAR – Məlumatı hara ötürür? 

Laçın dəhlizinin üstündə uçan DRONLAR – Məlumatı hara ötürür? 

Hazırda oxunan: Laçın dəhlizinin üstündə uçan DRONLAR – Məlumatı hara ötürür? 

25803

Qarabağda atəşkəsə riayət olunması və nəzarəti təmin etmək məqsədi ilə Ağdamda yaradılan Türkiyə-Rusiya monitorinq mərkəzinin fəaliyyəti barədə bəzi təzadlı fikirlər dolaşır. Bəzi qüvvələr monitorinq mərkəzinin fəaliyyətsizliyindən şikayət edərkən, digərləri mərkəzin aktiv olduğunu bildirirlər.

Xatırladaq ki, indiyə qədər erməniləri törətdikləri təxribatlar haqqında Ortaq Mərkəzin heç bir açıqlaması olmayıb.

Cəmiyyət arasında mərkəzin fəaliyyətinin nədən ibarət olduğu barədə dolğun informasiya olmadığı üçün, bu kimi məlumatsızlıq bəzi əsassız xəbərlərin də yayılmasına səbəb olur.

Bəs, əslində bu mərkəzin missiyası nədir? 

Məsələni daha dəqiq qiymətləndirməsi və aydın şəkildə izah etməsi üçün hərbi ekspert, polkovnik Şair Ramaldanova müraciət etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin mina xəritələri çaşqınlıq yaradır – Baş verə biləcək TƏHLÜKƏ


Ş.Ramaldanov Bizim.Media açıqlamasında bildirdi ki, Ortaq Mərkəzin işi rus sülhməramlıların yerləşdiyi əraziyə bağlıdır.

O, Monitorinq Mərkəzinin məqsədi atəşkəsə nəzarət etmək və sülhməramlıların fəaliyyətin daha uğurlu formada həyata keçirilməsinə şərait yaratmaqdır.

“Bu mərkəzin fəaliyyəti sülhün bərqərar edilməsindən ibarətdir.  Həmin o yer ermənilərin sıx yaşadıqları ərazidir. Burada Rusiya sülhməramlılarının fəaliyyətini monitorinq edirlər.  Bütün orada olan mübahisəli məsələlərə, baş verən hadisələri analiz edib, birgə qərar çıxarırlar. Əlbəttə Türkiyənin orada olması, Azərbaycanın orada olmasına bərabərdir. Mərkəzin fəaliyyətə başlaması ilə artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edir, bu da Azərbaycan tərəfini narahat edən bir sıra problemlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan verir".

Söhbət əsnasında polkovnik Ortaq mərkəzin iş prinsipindən və aktiv fəaliyyətini də xüsusilə vurğulayıb.

Qanun çərçivəsində olan sülhməramlı missiyası...

“Monitorinq zamanı daha çox pilotsuz uçan aparatlardan istifadə edilir. PUA-lar müəyyən bir əraziləri nəzarətə götürür və orada əldə olunan videomateriallar birbaşa manitorinq mərkəzinə ötürülür və məsələlərə yerindəcə müdaxilə edilir. Mərkəz həmçinin bu nəzarətlə sülhməramlıların fəaliyyətinin qanun çərçivəsində olub-olmamasını müəyyənləşdirir”.

Ermənilərin sıx yaşadıqları yerlər və təxribatlar.

Hərbi ekspert mərkəzin hər zaman və anında  təxribatlarının qarşısını aktiv şəkildə almasından da danışıb.

“Bildiyimiz kimi mərkəzin fəaliyyət göstərdiyi ərazilər ermənilərin sıx yaşadıqları yerlərdir. Hər hansı bir təxribat törədilərsə, PUA-lar anında bu pozuntuları lentə alır və mərkəzə ötürür. Həmin bu görüntülər birgə müzakirə edilərək məsələyə müdaxilə edilir. Hazırda mərkəz aktiv fəlaiyyətlə məşğuldur. Məsələn Laçın dəhlizini də Türkiyə-Rusiya ortaq mərkəzi monitorinq edir”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO