Azərbaycanın işğal edilmilş torpaqlarındakı qondarma rejim Azərbaycan dövlətinin ünvanına növbəti dəfə ağır ittihamlar səsləndirib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Elnur Hüseynzadənin üçüncü ölkəyə verilməsindən bəhs edən qondarma “respublika”nın “prezidenti”nin sözçüsü Davit Babayan, Azərbaycan dövlətinin ünvanına ağır ittihamlar səsləndirib. E.Hüseynzadə məsələsi ilə bağlı qanun nəyi tələb etdiksə biz də onu elədik” deyən Babayan Ermənistanda irqçilik və faşizmə yer olmadığını, bunun Azərbaycana aid olduğunu vurğualyıb:
“Xalqımız vətənsevərdir, fəqət əsla irqçi və faşist olmamışdır. İrqçilik və faşizm Azərbaycan dövlətinin təməlləridir”.
D.Babayanın Azərbaycanın Qarabağ problemini sülh yolu ilə həll etmək səylərinin davam etdiyi bir zamanda ölkəmizə qarşı bu cür ifadələr işlətməsi, Ermənistan və qondarma quruma məxsus keyfiyyətləri ölkəmizə şamil etməsi bəzi suallar doğurur. “İrqçilik Azərbaycan dövlətinin təməlidir” deyənlər sülhə səs verəcəkmi? Doğrudanmı Xocalıda bütün əsrlərin ən dəhşətli soyqırımını törətməklə Hitler Almaniyası və Mussolini İtaliyasının elədiklərini belə kölgədə qoyan, bununla yanaşı özünü aydan arı, sudan duru hesab edən, üstəlik Azərbaycanı faşizmdə ittiham edən separatçı rejim zəbt etdiyi torpaqldan imtina edəcək? Ümumiyyətlə, bir yandan işğaldakı torpaqlarımızda yeni hərbi hissələr və istehkamlar tikmək, məskunlaşma siyasəti aparan, bütün mümkün vasitələrlə burada öz mövqeyinixa0 möhkəmləndirən, digər yandan az qala hər gün Azərbaycanın ünvanına böhtanlar yağdıran, onu heç vaxt törətmədiyi qətliamlarda ittiham edən ermənilərlə danışıqlar aparmağın mənası varmı?
xa0
Seymur ƏLİYEV
xa0































































































