Ruslar Ankarada - Qarabağla bağlı nələr müzakirə ediləcək?

Ruslar Ankarada - Qarabağla bağlı nələr müzakirə ediləcək?

Hazırda oxunan: Ruslar Ankarada - Qarabağla bağlı nələr müzakirə ediləcək?

2579

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib.

Bizim.Media “Haber Global”a istinadla məlumat verir ki, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Rusiya nümayəndə heyəti ilə Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb.

Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi başlayıb.

Heyət günortadan sonra Milli Müdafiə Nazirliyinə gedəcək və texniki məsələləri müzakirə edəcəklər.

Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi iclaslarda taktika və texnika baxımından hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO