Ersin Tatar dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi

Ersin Tatar dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi

Hazırda oxunan: Ersin Tatar dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi

257692

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən XVII Zirvə görüşünə dəvətə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bizim.Media xəbər verir ki, Lefkoşada BMT nümayəndələri ilə görüşdə E.Tatar Azərbaycana uçacağını, çərşənbə gününə bir sıra görüşlərin planlaşdırıldığını bildirib.

“Biz İƏT-in sammitində müşahidəçi dövlət statusunda iştirak edəcəyik. Bu, bizim üçün çox vacibdir. Bununla əlaqədar olaraq, mən Xankəndinə dəvətə görə, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə bir daha minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Kipr türklərinin lideri bildirib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq Şimali Kiprin gələcək inkişafı, eləcə də embarqonun və məhdudiyyətlərin mənfi təsirinin aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

“Mən bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən sammitinin iştirakçıları ilə bölüşəcəyəm”, - deyə E.Tatar əmin edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO