Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradər başda olmaqla yüksək səviyyəli Taliban nümayəndə heyəti Azərbaycana yola düşüb.
Bu barədə Bizim.Media Əfqanıstan mediasına istinadla xəbər verir.
Taliban nümayəndə heyəti 3-4 iyul tarixlərində Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında iştirak edəcək.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi, ikitərəfli münasibətlər və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, İƏT – Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Qafqaz regionlarını əhatə edən regional hökumətlərarası təşkilatdır və iqtisadi, texniki və mədəni əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:46 / 01.07.2025
Əfqanıstan rəsmiləri də Xankəndiyə GƏLİR
Hazırda oxunan: Əfqanıstan rəsmiləri də Xankəndiyə GƏLİR
Hazırda oxunan: Əfqanıstan rəsmiləri də Xankəndiyə GƏLİR
257548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.