Spiker: “Bizi heç kim bu torpaqlardan çıxara bilməz”

Spiker: “Bizi heç kim bu torpaqlardan çıxara bilməz”

Hazırda oxunan: Spiker: “Bizi heç kim bu torpaqlardan çıxara bilməz”

2558

“İşğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış bütün infrastruktur yenidən qurulacaq”

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker  qeyd edib ki, bu qələbəni Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna borcluyuq:

"Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz".

Sahibə Qafarova  atəşkəslə bağlı bəyanatın əhəmiyyətini də önə çəkib.

“Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq. Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazım olacaq."

"Ermənistanda hazırda iqtidar müxalifətin deputatlarını həbs edir, küçələrdə ixtilaflar baş verir”.

Milli Məclisin sədri deyib ki, bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir yerdə baş verir və Avropa bu hadisələrə münasibət bildirmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO