Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:36 / 19.06.2025
Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU
Hazırda oxunan: Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU
Hazırda oxunan: Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU
255632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.