Bolqarıstan da İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ

Bolqarıstan da İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ

Hazırda oxunan: Bolqarıstan da İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ

255567

Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ! Macarıstan İrandakı səfirliyini Azərbaycana KÖÇÜRDÜ - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.

O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar Azərbaycana təxliyə edib.

Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

“Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi səbəbindən Macarıstan səfirliyinin müvəqqəti olaraq İrandan Azərbaycana köçürüldüyünü açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO