Ukrayna səfiri:

Ukrayna səfiri: "İrpen və Laçın qardaş şəhərlər ola bilər"

Hazırda oxunan: Ukrayna səfiri: "İrpen və Laçın qardaş şəhərlər ola bilər"

254534

Ukraynanın İrpen və Azərbaycanın Laçın şəhərləri qardaşlaşa bilər və bu istiqamətdə müvafiq işlər aparılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev feysbuk səhifəsində məlumat verib.

 

“Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərimi Qarabağa etməyi əvvəldən planlaşdırmışdım. Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər Zəngilan şəhərinin yeni hava limanına gəldik və oradan mənzərəli Laçın şəhərinə yola düşdük”, - o qeyd edib.

 

Onun sözlərinə görə, hazırda Laçın və Ukraynanın İrpen şəhərlərinin yaxın gələcəkdə qardaş şəhərlərə çevrilməsi istiqamətində işlər aparılır:

 

“Şəhərlərin bərpa və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində uğurlu təcrübəsi var. Əminəm ki, belə regionlararası əməkdaşlıq Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş daha bir addım olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO