Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin (NB8) nümayəndələri ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev rəsmi “X” hesabında paylaşım edib:
“Bizim Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə çox səmərəli görüşümüz keçirildi. Qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə strateji dialoqumuz oldu”.
Prezidentin köməkçisi qeyd edib ki, Şimali Baltik Səkkizliyi ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:45 / 04.06.2025
Hikmət Hacıyev: “Şimali Baltik Səkkizliyi ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar var” - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Şimali Baltik Səkkizliyi ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar var” - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Şimali Baltik Səkkizliyi ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar var” - FOTO
253092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.