Məhəmməd Şahbaz: “Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq”

Məhəmməd Şahbaz: “Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq”

Hazırda oxunan: Məhəmməd Şahbaz: “Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq”

251819

“Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq və inşallah, gələcəyə, firavanlığa doğru inamla irəliləyəcəyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Liderlərin üçtərəfli Zirvə görüşləri mütəmadi olaraq KEÇİRİLƏCƏK


Azərbaycan və Türkiyə prezidentlərinə Cəmmu və Kəşmir məsələsinə verdikləri dəstəyə görə təşəkkürünü ifadə edən Baş nazir deyib:

“Təəssüf olsun ki, orada qan tökülüb. Onlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Onlar heç zaman təslim olmayacaqlar.

O vaxta qədər ki, BMT Nizamnaməsinə uyğun hüquqları təmin edilsin və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunsun. Pakistan hər zaman kəşmirlilərin yanında olmuşdur, eyni zamanda, Türkiyə və Azərbaycan da eyni qətiyyəti nümayiş etdiriblər. İnşallah gün gələcək ki, Kəşmir xalqı öz hüquqlarını təmin edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO