Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü

Hazırda oxunan: Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü

251818

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 28-də Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.


Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO