Şahbaz Şərif: "Laçında İlham Əliyevlə görüşmək mənim üçün şərəf idi" - FOTO

Şahbaz Şərif: "Laçında İlham Əliyevlə görüşmək mənim üçün şərəf idi" - FOTO

Hazırda oxunan: Şahbaz Şərif: "Laçında İlham Əliyevlə görüşmək mənim üçün şərəf idi" - FOTO

251659

Pakistanın baş naziri Şahbaz Şərif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Şərif özünün “X” hesabında paylaşım edib.
 

“Bu gün gözəl və dinc Laçın şəhərində hörmətli qardaşım, Prezident İlham Əliyevlə görüşmək mənim üçün şərəf idi və son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın ölkəmizə göstərdiyi sarsılmaz dəstəyə görə ona minnətdarlığımı bildirdim.


Biz ikitərəfli münasibətləri bütün sahələrdə inkişaf etdirmək və regionda sülh və tərəqqi naminə birgə işləməkdə birgə əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan və Azərbaycan dostluğu!”, – Pakistanın baş naziri yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO