“Azərbaycan beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib”

“Azərbaycan beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib”

Hazırda oxunan: “Azərbaycan beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib”

251654

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.

Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.

Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər.
 

Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır. Əminəm ki, sıx əməkdaşlığımız sayəsində biz Cənubi Qafqazda davamlı sülhə və sabitliyə mühüm töhfə verə bilərik.
Mən Sizi yaxın gələcəkdə Tbilisidə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.


Bu mühüm bayram münasibətilə Sizə və Azərbaycan xalqına bir daha ən səmimi təbriklərimi çatdırır, sülh, firavanlıq və davamlı uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO