“Rusiya və Türkiyənin Dağlıq Qarabağda monitorinqlə bağlı ortaq vəzifələri var. Burada heç bir ikimənalılıq yoxdur. Ankara öz vəzifələrini başa düşür”.
Bizim.Media-nın məlumatına görə bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.
“Artıq dediyim kimi Türkiyə ilə ortaq vəzifələrimiz var - texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək".
"Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələrinin kontingenti tərəfindən həyata keçirilir. Burada hansısa ikimənalılıq yoxdur. Türk tərəfdaşlarımız bunu yaxşı bilirlər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:20 / 12.11.2020
Lavrov : «Ankara öz vəzifələrini başa düşür»
Hazırda oxunan: Lavrov : «Ankara öz vəzifələrini başa düşür»
Hazırda oxunan: Lavrov : «Ankara öz vəzifələrini başa düşür»
2506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.