Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Hazırda oxunan: Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

250528

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Sfera.az bildirir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Qeyd olunub ki, buna səbəb Bavariyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanılması olub.

 

“Almaniyanın xarici işlər naziri Annalena Berbok Bavariyada iki nəfər saxlanıldıqdan sonra Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Saxlanılan şəxslər Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinirlər”, - nəşr bildirib.

 

Qeyd edək ki, aprelin 18-də polis casusluqda şübhəli bilinən iki alman sakinini həbs edib. Bildirilir ki, şübhəlilər Rusiyanın adından ABŞ obyektlərində casusluq edib və hərbi nəqliyyat marşrutlarına hücumlar planlaşdırıblar.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO