“Təklif etdik ki, altılıq platforması yaradılsın və düşmənliklər ortadan qalxsın

“Təklif etdik ki, altılıq platforması yaradılsın və düşmənliklər ortadan qalxsın" - Ərdoğan

Hazırda oxunan: “Təklif etdik ki, altılıq platforması yaradılsın və düşmənliklər ortadan qalxsın" - Ərdoğan

25050

“Altılıq platforması qurulması ilə bağlı təklif etdik- Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər gələn zaman işğalçı, gedəndə isə tar-mar edənlərdir” - Türkiyə Prezidenti


Ərdoğanın sözlərinə görə, bu məsələdə Gürcüstanın bəzi özünəməxsus sualları vardı:

“Gürcüstanın baş naziri ilə son Türkiyə səfərində bunu danışdıq və dedim ki, bu Gürcüstanın lehinə olacaq. Biz Ermənsitanla aramızdakı problemi bilirik.

Lakin bütün bunlara rəğmən azərbaycanlı qardaşlırımızın da problemlərinin həll olunmasını istəyirik. Eynilə sizin də Rusiya ilə problemləri həll etməyinizdə platform vəsilə olacaq. Dedi çalışarıq. Yaxşı olar dedik. Çünki bu bölgənin sülhə ehtiyacı var", - Ərdoğan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO