Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Hazırda oxunan: Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

250190

Azərbaycan ilə Oman Xarici İşlər nazirlikləri arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə Oman Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin rəisi Mohammed Bin Nasir Al-Mabsali rəhbərlik edib.


Görüşdə Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, o cümlədən hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları, Azərbaycanın Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Oman arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, hər iki ölkənin vətəndaşlarına effektiv konsulluq yardımının göstərilməsi istiqamətində müzakirələr keçirilib. Konsulluq xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

Bundan əlavə, iki ölkə arasında ədliyyə, daxili işlər, təhsil, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO