Nazirlər Kabineti Milli Məclisə bu tarixdə HESABAT VERƏCƏK

Nazirlər Kabineti Milli Məclisə bu tarixdə HESABAT VERƏCƏK

Hazırda oxunan: Nazirlər Kabineti Milli Məclisə bu tarixdə HESABAT VERƏCƏK

249667

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
 

Mövcud qanunverciliyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.


Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il martın 31-dək Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO