İlham Əliyev türkiyəli həmkarını TƏBRİK ETDİ

İlham Əliyev türkiyəli həmkarını TƏBRİK ETDİ

Hazırda oxunan: İlham Əliyev türkiyəli həmkarını TƏBRİK ETDİ

248961

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə dövlətimizin başçısının rəsmi "X" hesabında paylaşım edilib.
 

“Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.


Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO