MSK-nın nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək

MSK-nın nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək

Hazırda oxunan: MSK-nın nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək

248449

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti 2025-ci il mayın 11-də Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə Tiranaya səfərə yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Albaniya Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən Albaniyada parlament seçkilərinin müşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Katibliyin şöbə müdiri Ramin Nurəliyev iştirak edirlər.
 

Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrinin Albaniya Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin və seçkilərə dair müxtəlif sahələrdə təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları yönündə müzakirələr aparılması da nəzərdə tutulur.


Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olmaqla yanaşı, seçki günü məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO