İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri MƏLUM OLUB

İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri MƏLUM OLUB

Hazırda oxunan: İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri MƏLUM OLUB

248188

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq.

Bizim.Media xəbər verir ki, apa.az Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Qələbə Paradına QATILMAYACAQ


Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.

Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.
 

Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.


Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO