Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.
Bizim.Media
Ərazilərimizin #işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, #Azərbaycanın əsas hissəsini və #NaxçıvanMuxtarRespublikasını birləşdirəcək #Zəngəzurdəhlizi regionun #tranzitlogistika potensialını artıracaq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 14, 2021