Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub. Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.
Baş nazirin müavini Azərbaycan Hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:38 / 04.05.2025
Suriya Prezidenti Azərbaycana dəvət edildi
Hazırda oxunan: Suriya Prezidenti Azərbaycana dəvət edildi
Hazırda oxunan: Suriya Prezidenti Azərbaycana dəvət edildi
247620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.