Paşinyan bu tarixdə Moskvaya GEDƏCƏK

Paşinyan bu tarixdə Moskvaya GEDƏCƏK

Hazırda oxunan: Paşinyan bu tarixdə Moskvaya GEDƏCƏK

246763

Ermənistan Baş Naziri Nikol Paşinyan Moskvaya gedə bilər.

 

Sfera.az bildirir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Rusiya-Ermənistan arasında münasibətlər mənfiyə doğru irəliləsə də, Paşinyanın səfər ehtimalı mümkündür.

 

“Nikol Paşinyan may ayında Avrasiya Ali İqtisadi Şurasının 10 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Moskvaya gedə bilər. Məsələ ondadır ki, 2024-cü ildə Yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrliyi üzərinə götürüb. 2024-cü ildə Avrasiya Ali İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək”, - qəzet vurğulayıb.

 

Nəşr həmçinin bildirib ki, Ermənistan hələ ki, sədrlik barədə düşünmür.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO