Məsud Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik”

Məsud Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik”

Hazırda oxunan: Məsud Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik”

246390

“Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edirik”.

Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən deyib.
 

“Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasın və bir-birimizə yardım göstərək”, - dövlət başçısı qeyd edib.


Peşezkian qeyd edib ki, İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına kömək edib: “Bizim bu gün edəcəyimiz kömək bundan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına təşəbbüs göstərmişik. Layihə bu gün çox sürətlə həyata keçməkdədir. Bu, artıq razılaşdırılıb və İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem yaranmayacaq. Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik və ayaqları bura dəyərsə bunu mübarək hesab edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO