Ermənistanın xüsusi nümayəndəsi:

Ermənistanın xüsusi nümayəndəsi: "Azərbaycanla sülhə ən qısa vaxtda nail ola bilərik"

Hazırda oxunan: Ermənistanın xüsusi nümayəndəsi: "Azərbaycanla sülhə ən qısa vaxtda nail ola bilərik"

245750

Azərbaycan və Ermənistan normallaşma əlaqələrinin əsas prinsipləri barədə razılığa gəliblər.

 

Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan “CNN Türk”ə müsahibəsində deyib.

 

O bildirib ki, əsas məsələlərdən dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenlik əsasında kommunikasiya xətlərinin açılmasıdır: “Sülhə ən qısa vaxtda nail ola bilərik. Ermənistan siyasi iradəyə sahibdir. Heç bir xarici güc bizi dayandıra, bizə təsir edə bilməz”.

 

Diplomat qeyd edib ki, Ermənistan sülh üçün əlindən gələni edir: "Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO