Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.
Bizim.Media xəbər verir ki, qarşılanma mərasimində çinli uşaqlar da iştirak ediblər.
Azyaşlılar “Ey Vətən” musiqisinin sədaları altında rəqs ediblər.
Qeyd edək ki, “Ey Vətən” adı ilə tanınan bəstənin əsl adı “Nəğmə dolu bir ürəyəm”dir, mahnının sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsusdur.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media