Almaniyanın səfiri:

Almaniyanın səfiri: "COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yaranıb"

Hazırda oxunan: Almaniyanın səfiri: "COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yaranıb"

245327

Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yarandığını deyib.

 

Sfera.az-ın məlumatına görə, bunu səfir fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

 

Nümayəndə heyətinin adından çıxış edən səfir qeyd edib ki, sülh müqaviləsinin imzalanması sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.

 

Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO