Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin olundu, and içdi - YENİLƏNİB

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin olundu, and içdi - YENİLƏNİB

Hazırda oxunan: Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin olundu, and içdi - YENİLƏNİB

244753

Milli Məclisin bugünkü iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Sfera.az xəbər verir ki, Fikrət Məmmədovun namizədliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

 

Fikrət Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsini 87 deputat dəstəkləyib.

 

Milli Məclis onun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsinə razılıq verib.

 

Sonra Fikrət Məmmədov and içib.

 

 

***

 

10:58

 

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

 

Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

 

İclasda Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də müzakirə olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında F. Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

 

Qeyd edək ki, Fikrət Məmmədov bundan öncə Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsində çalışıb.

 

Firuzə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO