Zaxarova Azərbaycan-Ermənistan şərti sərhədində baş verən atışmadan DANIŞDI

Zaxarova Azərbaycan-Ermənistan şərti sərhədində baş verən atışmadan DANIŞDI

Hazırda oxunan: Zaxarova Azərbaycan-Ermənistan şərti sərhədində baş verən atışmadan DANIŞDI

244693

“Azərbaycan-Ermənistan şərti sərhədində baş verən atışma qeyri-regional tərəflərin Cənubi Qafqazı sülhə yaxınlaşdırmadığına daha bir sübutdur”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistandakı missiyası ilə bağlı brifinqdə bildirib.
 

Onun sözlərinə görə, avropalılar və ilk növbədə fransızlar öz geosiyasi məqsədlərinə çatmaq üçün regional gərginliyi saxlamaqda maraqlıdırlar və onlar Ermənistana yox, birbaşa Brüsselə hesabat verirlər.


"Minsk Qrupunun işini sabotaj etməkdə və faktiki olaraq dağılmaqda böyük məsuliyyət daşıyan fransızlardır. Aİ-nin Ermənistandakı əsl məqsədləri nədir? Avropa İttifaqının nümayəndələrini nəzərdə tuturam... Belələrini müşahidəçi-casus adlandırmaq olar və onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün dövlətlərə və ölkələrə qarşı işləyirlər”, - Zaxarova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO