Hörmətli millət vəkilləri!xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0
Oktyabrın 18-də Azərbaycanın müstəqillik haqqında Konstitusiya aktının qəbul olunmasından 27 il keçir. Ancaq ondan öncə, 1991-ci ilin mart ayında SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsi haqqında qərar səsə qoyularkən Ümummilli lider Heydər Əliyevin referendumun əlehinə səs verilməsi təklifi səslənəndən sonra 43 deputat həyatlarını və ailələrini təhlükəyə ataraq həmin qərarın əlehinə səs verməklə Azərbaycanın müstəqillik yolunda irəliyə daha bir addım atdılar. istəyərdin ki, müvafiq dövlət qurumlar, o cümlədən Milli Məclisin rəhbərliyi onların problemləri ilə maraqlansın. İstiqlalçı deputatlardan 17 nəfəri Haqqın dərgahına qovuşmuş, 2 nəfəri xarici ölkədə yaşayır, 3 nəfəri hazırda deputatdır, 3 nəfəri əvvəllər deputat olmuşlar, 12 nəfəri təqaüddədir, bir nəfəri dövlət məmurudur, 5 nəfəri isə yaxın illər ərzində təqaüdə gedəcəklər.xa0 İnanıram ki, dövlətimiz bizlərə sahib çıxacaq. Bizim bunu istəməyə mənəvi haqqımız var. Dünənizi unutmayın, gələcəyinizi düşünün.xa0
xa0 xa0 xa0xa0
1991-ci ilin mart ayında həyatını və ailəsini təhlükəyə ataraq, Ümummilli lider Heydər Əliyevin SSRİ-nin saxlanması barədə keçirilən referendumun əlehinə səs vermək təklifini dəstəkləyən Istiqlalçı deputatları gənc nəsil də tanısın.
xa0 xa0 xa0 xa0
Allahın rəhmətinə qovuşanlar: Heydər Əliyev, Dilarə Əliyeva, Aydın Məmmədov, Məmməd Xələfov, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Eldar Bağırov, Əyyam Musayev, Ədalət Rəhimli, Məryəm Həsənova, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Bayram Bayramov, Maşallah Abdullayev, Şahmərdan Cəfərov
Yaşayanlar: Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Tofiq Qasımov, Hicran Kərimli, Fərəc Quliyev,Tahir Kərimli, Etibar Məmmədov, Mirmahmud Fəttayev, Firudin Cəlilov, Füzuli Axundov, Vaqif Novruzov, Ramiz Fətəliyev, Nəriman Həsənzadə, Hacıbaba Əzimov, Cümşüd Nuriyev, İsgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Allahverdi Həsənov, İxtiyar Şirinov, İsa Qəmbər, Arif Hacılı, İbrahim İbrahimli, Sülhəddin Əkbər, Tamerlan Qarayevxa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0
Xüsusi hörmətlə:
Cümşüd Nuriyev,
xa0İstiqlalçı deputat, YAP-ın üzvi,xa0
Qarabağ müharibəsi veteranı, Siyasi elmlər doktoru




























































































