“Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı bizləri son dərəcə məmnun edib. Azərbaycan Prezidenti İlham Əliyevə Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi bu güclü dəstəyə görə təşəkkür edirəm. Azərbaycan ilə aramızdakı könül birliyinin, ortaq dəyərlərin və eyni millətin ayrılmaz bir parçası olaraq münasibətlərimizin daha da inkişaf etməsi bizi sevindirir”.
Bizim.Media xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışı zamanı Şimali Kiprə dəstək bəyanatını yüksək qiymətləndirib.
“Prezident İlham Əliyevə bu bəyanatına görə bir daha təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın əbədi olmasını diləyirəm”, - E.Tatar qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:50 / 09.04.2025
Ersin Tatar İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Ersin Tatar İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Ersin Tatar İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
243291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.