“Bu iki ölkə (Türkiyə və İsrail – red.) arasında olan hər hansı anlaşmazlıq bizi narahat edir. Bu artıq bəlli bir faktdır. Biz bunu rəsmi şəkildə bəyan etməmişik, ancaq bu kifayət qədər işıqlanıb. Türkiyə və İsrail arasında ilk barışıqda Azərbaycan vasitəçilik etmişdi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
“Bu gün iki ölkə arasında baş verənlər ilk böhran deyil. Yaxın keçmişə nəzər salsaq, bu artıq ikinci böhrandır. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini yaxınlaşdıraq. Azərbaycan burada tək deyildi, ancaq biz aparıcı rol oynadıq. Bu qapalı qapılar arxasında baş verirdi. Biz heç vaxt bununla öyünmədik, bunu ictimailəşdirmədik. Sadəcə olaraq, bizim qardaş və müttəfiqimiz Türkiyə və dost İsrail arasında münasibətlər bərpa edilməli idi”, deyə Dövlət başçısı əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:34 / 09.04.2025
Prezident: “Türkiyə və İsrail arasında ilk barışıqda Azərbaycan vasitəçilik etmişdi” – VİDEO
Hazırda oxunan: Prezident: “Türkiyə və İsrail arasında ilk barışıqda Azərbaycan vasitəçilik etmişdi” – VİDEO
Hazırda oxunan: Prezident: “Türkiyə və İsrail arasında ilk barışıqda Azərbaycan vasitəçilik etmişdi” – VİDEO
243155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.