Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb. Bildirilib ki, görüş Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.
Tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.
Numan Kurtulmuşi Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.
Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. (APA)
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:48 / 06.04.2025
Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq
Hazırda oxunan: Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq
Hazırda oxunan: Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq
242701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.