Müdafiə nazirlərinin zəfər sevinci

Müdafiə nazirlərinin zəfər sevinci

Hazırda oxunan: Müdafiə nazirlərinin zəfər sevinci

2425

Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Qarabağda qazanılan tarixi qələbə münasibətilə Azərbaycan Müdafiə Nazirliyində mərasim təşkil edilib. 

Zakir Həsənov 30 il idi ki, Azərbaycan xalqının qələbə həsrəti ilə yaşadığını bildirib:

«Döyüş əməliyyatları ilə Azərbaycan Ordusu Vətən naminə gözünü qırpmadan canını fəda edəcəyini bir daha göstərdi. Biz gördük ki, Azərbaycan əsgəri, zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi» - deyə Z.Həsənov vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri  də müzakirə olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO