Ştaynmayer: “Azərbaycana Prezident kimi birinci dəfə gəlirəm”

Ştaynmayer: “Azərbaycana Prezident kimi birinci dəfə gəlirəm”

Hazırda oxunan: Ştaynmayer: “Azərbaycana Prezident kimi birinci dəfə gəlirəm”

242074

“Azərbaycana Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Amma axırıncı dəfə 2016-cı ildə olub, doqquz il keçib üstündən”.

Bizim.Media xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“İndi dünyada vəziyyət elə tez dəyişir, geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə buraya səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Ona görə şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Biz həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Bu aralarda Münxen Təhlükəsizlik Konfransında görüşmüşük, eləcə də Sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən il baş tutan bu görüşdə müzakirə aparmışıq və şadam ki, mən indi Sizin səfərinizin qarşılığı olaraq ölkənizdə səfərdəyəm”, - deyə Almaniya Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO