Ərdoğanla Putin arasında Kritik Qarabağ MÜZAKİRƏSİ

Ərdoğanla Putin arasında Kritik Qarabağ MÜZAKİRƏSİ

Hazırda oxunan: Ərdoğanla Putin arasında Kritik Qarabağ MÜZAKİRƏSİ

2413

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda doğru addım atıldığını deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan indiki məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ermənistan işğalından azad edilən və Azərbaycanın müəyyən etdiyi ərazidə fəaliyyət göstərəcək birgə atəşkəsə nəzarət mərkəzində Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək.

Ərdoğan Ermənistanın işğalından sonra Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini qeyd edib.

Dağlıq Qarabağ məsələsinin, regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya işbirliyinin əhəmiyyətini göstərdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO