“Güllələnən qərənfildən xarıbülbülə qədər” ədəbi-bədii kompozisiya nümayiş edildi - FOTO

“Güllələnən qərənfildən xarıbülbülə qədər” ədəbi-bədii kompozisiya nümayiş edildi - FOTO

Hazırda oxunan: “Güllələnən qərənfildən xarıbülbülə qədər” ədəbi-bədii kompozisiya nümayiş edildi - FOTO

241118

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Göyçay rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Göyçay rayon Mədəniyyət Mərkəzi birgə təşkilatçılığı ilə “Güllələnən qərənfildən xarıbülbülə qədər” ədəbi-bədii kompozisiya nümayiş edilib.

 

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı aparatının və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin aparatının məsul şəxsləri, hüquq - mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Anım tədbiri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sonra Göyçay rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO