“Ermənistan ərazisinə keçib minalamaq lazımdır” – Deputatdan ÇAĞIRIŞ

“Ermənistan ərazisinə keçib minalamaq lazımdır” – Deputatdan ÇAĞIRIŞ

Hazırda oxunan: “Ermənistan ərazisinə keçib minalamaq lazımdır” – Deputatdan ÇAĞIRIŞ

24099

“Qarabağda savaşın aktiv fazası bitsə də, ərazinin təmizlənməsi, insanların yerləşməsi məsələsini həll etməmişik. Bu da mina və digər amillərlə bağlıdır. Orada separatçı qüvvələr qalırsa, deməli hər zaman təxribatlar gözləniləndir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə sərhədləri addım-addım bağlamaqla məşğuluq. Hansı ki bu, Ermənistan tərəfindən ölkəmizə sızan qüvvələrin qarşısının alınması üçün vacib şərtdir:
 

MÖVZU İLƏ BAĞLI:

“Erməni terroruna terrorla, minasına mina ilə cavab verilməlidir” - Fazil Mustafa


“Düzənlik ərazilərdə minaların təmizlənməsi daha rahat şəkildə həyata keçirilir. Dağlıq ərazilərdə isə gərək hər daşın altını axtarıb təhlükəsizliyi təmin edəsən. Ermənilər oradan çıxarkən minalar basdırıblar, elə sonrakı dövrdə də gəlib mina yerləşdirmələri mümkündür.

Burada birinci məsələ ərazini minadan təmizləməkdirsə, ikincisi, bu prosesi Ermənistanın öz ərazisinə keçirməkdir. Bunun üçün Azərbaycanın Türkiyədə olduğu kimi insanların köçürülməsindən əvvəl “kənd qoruyucuları” statusunda hazırlıqlı olması və bu əraziləri qoruyacaq adamları ora  yerləşdirməsi lazımdır. İkincisi, bu əraziləri tanıyan insanların əks addımlar atmasına imkan yaratmaq lazımdır”.

Deputat hesab edir ki, əgər ermənilər bunu tendensiyaya çevirirsə, biz də onların ərazisində eyni şeyi etməliyik:
 

“Onlar da görməli və anlamalıdırlar ki, hər hansı şəkildə bizə vurduqları zərəri onların özləri və əraziləri də yaşayacaq. Bu, olduqca vacib amillərdən biridir. Əks təqdirdə, ermənilər bu prosesi dayandırmayacaq. Biz də hansı minanın hara basdırıldığını müəyyən edə bilməyəcəyik. Odur ki, bu problemi ermənilərin yaşadığı ərazilərə köçürməliyik.


Ermənilər bunu açıq formada etmirlər. Onlar kimi biz də qapalı şəkildə bu fəaliyyəti gücləndirməliyik. Qarşı tərəfin də öz ərazilərinə tam nəzarət etmək imkanı yoxur. Orada sərhəd infrastrukturu qurulmayıb.

Digər tərəfdən, ermənilər bunu konkret hərbçilərin yox, ayrı-ayrı mülki şəxslərin əli ilə edirlər. Belə də çox zaman kimlərisə müəyyən etmək, tutmaq mümkün deyil.

Heç minaların hara basdırıldığını da bilmək olmur. Odur ki, biz də eyni problemi Ermənistana yaşatmalıyıq. Terrora-terror, minaya-mina, yumruğa-yumruqla cavab verməliyik”, deyə deputat əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO